Siz sadəcə hesabat gözləyirsinizsə, artıq gecdir!

Bir çox sahibkar mühasibə yalnız “vergi bəyannaməsini verən adam” kimi baxır. Əgər sizin də mühasibinizlə söhbətiniz yalnız ayın sonunda “vergilər ödənildimi?” sualı ilə bitirsə, siz biznesinizi kor-koranə idarə edirsiniz. Mühasib sadəcə sənəd yığan deyil, biznesin maliyyə həkimidir.

Sahibkarın mühasibindən tələb etməli olduğu 3 kritik sual:

  1. “Gələn ayın kassa axını (Cash Flow) nə olacaq?” – Mühasibiniz sizə yalnız keçmişin hesabatını deyil, gələcəyin proqnozunu verməlidir. Pulu nə vaxt bitəcəyini öncədən bilmək biznesi xilas edir.
  2. “Hansı xərcləri optimallaşdıra bilərik?” – Mühasibiniz xərcləri sadəcə qeydə almamalı, onların nə qədər səmərəli olduğunu təhlil etməlidir. Məsələn, hansı sahəyə yatırılan pul gəlir gətirmir?
  3. “Vergi risklərimiz nələrdir?” – Mühasibiniz sizi cərimədən qorumalıdır. “Vergi yoxlaması gələndə baxarıq” yanaşması biznesin ən böyük düşmənidir. Sizə vergi güzəştləri və qanuni risklər barədə proaktiv (qabaqlayıcı) məlumat verilməlidir.

Unutmayın: Mühasibiniz sizə öz qərarlarınızda kömək etmirsə, o, şirkətə qazanc gətirən aktiv deyil, sadəcə aylıq xərcdir.

FGAC Tövsiyəsi: Biz hesabata rəqəm kimi deyil, biznesinizin gələcəyini müəyyən edən strateji məlumat kimi baxırıq. Mühasibinizdən razı deyilsinizsə, Finance Group Accounting and Consulting ekspertləri ilə görüşün. Biz biznesinizin maliyyə dilini dəyişirik.