Ölkədə aparılan pul siyasəti ölkə də olan iqtisadi və sosial sferanın dinamikliyinə müsbət və ya mənfi təsir göstərə bilər. Məzənnə islahatı dünya ticarət fəaliyyətlərində olan ölkələrə qarşı rəqabət üstünlüyü gətirən önəmli bir ünsür olaraq qəbul edilməkdədir. Həyata keçirilən sistemlərdə zamanla məzənnə dəyərlərinin aşağı səviyyədə olması, yerli pulun dəyərinin dünya ticarət şəbəkələrinə olan təsirinə görə pul sahibləri tərəfindən bəzi işlərin görülməsi nəticəsi səbəbini yaradır. Xüsusəndə sabit məzənnə siyasəti zamanı faizlərin sabit dəyərdə qala bilməməsinə görə məzənnələrin fərqləri nəzarət altında saxlanılır. Hətta bu səbəblə sabit məzənnə sistemlərinə eyni zamanda tənzim oluna bilən məzənnə sistemləri də deyilməkdədir. Bir çox ölkələrdə gözlənilməyən devalvasiyalarda dövlətin əsas məqsədi, qiymətləri aşağı salaraq ölkədə məşğulluğu və istehsal səviyyəsini artırmaqdır. İstehsaldakı hərəkətlilik və maya dəyəri üstünlükləri xarici ticarət rəqabətini artırmaqdadır. Ancaq,dünya praktikası sübut etmişdir ki,  devalvasiyadan sonra yaşanan inflyasiya kəskin məzənnə fərqi yaradaraq faydalı iş əmsalın aşağı endirir. Xüsusilə 10% və daha aşağı məzənnə tarazlığında devalvasiyanın düzgün olmadığı ifadə edilməkdədir.

Əlavə olaraq həyata keçirilən devalvasiyalar nəticəsində bir çox borclanma sənədinin faiz gəlirləri düşərkən, dəyərləri ümumdünya valyuta məzənnələrindən aslı olan ticarət mallarının qiymətləri də dəyişməkdədir. Buna görə gözlənilməyən devalvasiyanın nəticəsi də bu iki dəyişmənin xalis təsirinə bağlıdır. Bunlar: faiz gəlirlərindəki gözlənilməyən düşüşlər ilə ticarət malları, faiz əməliyyatları və xarici borc ödəmələri səbəbiylə ortaya çıxan əlavə ödəmələrin məcmu məbləğidir. Amma, bu tətbiqatlar ölkələr arası rəqabətə çəvrilərək rəqabətçi devalvasiya tətbiqatları formasının aldığında dünya tələbinin artmasından daha çox tələb sürüşmələri yaşanacaqdır.