Baş mühasib

Posted 3 years ago

İş barədə məlumat

– Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə

– BTP proqramı, 1C 8.2 və 8. 3 proqramında sərbəst işləmək təcrübəsi (istehsal və satış və s, e-gov.az , e-taxes.gov.az və digər portallardan istifadə etmək)

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata kecirmək

– Bank və kassa əməliyyatlarının düzgün aparilmasına nəzarət

– E-Qaimə fakturalarının və VHF yazılması gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək

– ƏDV,ÖMV ,sadələşmiş gəlir ,mənfəət , DSMF, Statistika ,məşğulluq və hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi

Gömrük işlərinin aparılması, məhsulların rəsmi sənədləşməsinə nəzarət

– Daxil olan pul vəsaitlərinin mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi

– Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi

– Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s uçotunun həyata keçirilməsi

– İş rejimi 6 günlükdür.

Namizədə tələblər

– Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi

– Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi , BTP proqramı üzərindən mənfəət vergisi,ƏDV, Gəlir vergisi ,ÖMV,Sadələşdirilmiş vergi ,Torpaq-əmlak vergisi və s bəyannamələrin tam şəkildə tərtib etmək

– Maliyyə uçotu standartlarına əsasən Maliyyə hesabatlarının Balans, PL (Mənfəət və Zərərin hesabatı), Cash Flow (Pul vəsaitlərinin hərəkəti hesabatı) , Kapitalın hərəkəti hesabatının tərtib etmə və analiz edə bilmə

– Mühasibat uçotu tətbiqi proqramları 1C , 7.7, 8.0 , 8.2, 9 , Mikro proqramlarını tam şəkildə bilmək (1C, 8.0 , 8.3) 8.3 mütləq digər proqramlar isə arzu olunandır)

– Kompüter bilikəri -Word , Excel -düsturlarla uçotun tətbiqi

– Dil bilikləri: Rus dili bilənlərə üstünlük verilir ingilis dili arzu olunandır

Ə/H: 800 – 1100 AZN

Apply Online