Müəssisə rəhbərləri və ya fərdi sahibkarlar çox vaxt mühasibatlığı bimədikləri üçün, bütün nəzarəti mühasiblərinə verirlər.

Çox vaxt qənaət etmək üçün sahibkarlar az maaşlı mühasib işə götürürlər. Bu isə səhv olma riskini yüksəldir.

Bu cür səhvlər baha başa gəlir, Vergi Xidməti müəssisəni və rəhbəri cərimə edə bilər. Ancaq problem bununla bitmir. Mühasibat uçotunun düzgün aparılmaması rəhbərə və ya fərdi sahibkara işin səhv qiymətləndirilməsinə yol açır, müvafiq olaraq yanlış qərarlara və maliyyə itkilərinə səbəb olur.

Rəhbər və ya fərdi sahibkar üçün mühasibat uçotu haqqında əsas biliklərə sahib olmaq vacibdir. Bütün mənzərəni görmək üçün maliyyə hesabatlarını oxuya bilmək vacibdir. Orada bütün aktivlər və passivlər təqdim olunur, mənfəət və ya zərər üzrə məbləğləri görmək mümkündür. Onlarda maliyyə durumunu öyrənə və bunun əsasında problemləri müəyyənləşdirə bilərsiniz.

Balansı oxumaq üçün mühasibat uçotunun əsas hesablarını bilmək lazımdır. Müəssisə ƏDV ödəyicisidirsə, ƏDV hesablarını başa düşmək lazımdır, çünki vergi müfəttişliyinin diqqət yetirdiyi ilk şey budur.

Əsas vəsaitlər haqqında məlumatlara sahib olmaq, debitor və kreditor öhdəliklərinə nəzarət etmək lazımdır. Büdcəni düzgün planlaşdırmaq üçün müntəzəm xərcləri görmək lazımdır. Vergilər və kreditlər üzrə ödənişlərin miqdarını bilmək vacibdir, çünki bunlar prioritet ödənişlərdir və onlara nəzarət daimi olmalıdır.
Mənfəəti mövcud məlumatlara əsasən, balans olmadan yaxşı hesablaya bilmək lazımdır. Bunu aylıq və ya ən azı rüblük etmək daha yaxşıdır.

Ancaq bütün bu məsuliyyətləri görüdüyü işə cavabdeh olacaq bir mühasibat və audit şirkətinə verməklə həyatı asanlaşdıra bilərsiniz. Biz həmişə sizin xidmətinizdəyik.