Azərbaycan Xüsusi Təyinatlı Dəstəsi ilə yanaşı Hərbi Dəniz Qüvvələrini SAH/SAM Xüsusi Təyinatlıları da Vətən Müharibəsində fəal iştirak ediblər.

Hərbi jurnalist Rəşad Süleymanov: “Vətən Müharibəsindəki döyüşlərdə Hərbi Dəniz Qüvvələrimizin xüsusi təyinatlıları SAH/SAM (“Morskoy kotik”) da iştirak ediblər. Az sayda olsalar da keçirdikləri əməliyyatlarda saylarından qat-qat çox düşmən məhv edib, çox sayda qənimət götürüblər. Bir neçə yaşayış məntəqəmizdə bayrağımızı qaldırıblar.”