Bir çox sahibkarlar mühasibat uçotu və mühasibat hesabatlarına artıq zərurət kimi yanaşırlar, buna görə də mühasibi Vergi orqanları ilə problemlərin olmaması üçün vergi hesabatlarını hazırlanması üçün işə götürürlər. Uçot siyasətinin yalnız bu məqsədi olur. Mühasibat, vergi və İdarəetmə uçotu ayrı-ayrılıqda aparıldığına görə vaxt və pul itkisi ilə nəticələnir. Vergilər planlama və azaltma səyi olmadan, faktiki olaraq hesablanır.

Nəticədə, Mühasibat ağırlaşır, yeni dəyişikliklər isə prosesi tormozlayır. Bununla yanaşı mühasibat xərcləri onun faydasından daha çoxdur. Effektiv uçot yaradaraq bir çox problemlərdən yaxa qurtararaq, biznesin inkşafında ondan effektiv istifadə etmək olar. Mühasibat uçotu hər şeydən əvvəl, şirkətdə işlərə nəzarət etmək, dəqiq məlumatlar almaq, biznesdə səliqə yaratmaq, düzgün qərarlar qəbul etmək, pula və vaxta qənaət etmək üçün lazımdır. 

Mühasibat uçotu ilk növbədə vergi hesabatı üçün deyil, biznesin inkşafı üçün lazımdır.