Bakı. Ənvər Məmmədov – Trend:

Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyi strukturunun təkmilləşdirilməsini davam etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov deyib.

S.Muxtarov bildirib ki, DGK öz fəaliyyətini təkmilləşdirmək üçün mütəmadi olaraq tədbirlər görür:

“Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri hazırlanır. Bu dəyişikliklər, o cümlədən Komitənin strukturuna daxil olan orqanlarda aparılacaq və gömrük sahəsində idarəetmə sisteminin modernləşdirilməsinə istiqamətlənib. Qanunvericiliyə gəlincə, gömrük rəsmiləşdirməsi zamanı sərf olunan vaxta qənaət üzrə işlərimizi davam etdirmək istəyirik”.