Keçmiş postlarımızın davamı olaraq, əvvəlki yazıların növbəti addımı – biznesin qeydiyyatıdır.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alındıqdan sonra identifikasiya nömrəsi (VÖEN) verilir, bundan sonra bankda hesab aça və biznes qurmağa başlaya bilərsiniz.

Avadanlıq, alətlər, xammal almaq, personal işə götürmək, keyfiyyətli məhsul istehsalına başlamaq, habelə tanıtım və satış kanalları yaratmaq lazımdır.

Peşəkar məsləhət üçün şirkətimizə müraciət edərək vaxtınıza və pulunuza qənaət edə bilərsiniz. Şirkətimizdə işinizi qurmağa kömək edəcək maliyyəçilər, mühasiblər, biznes məsləhətçiləri və HR mütəxəssisləri var.

Hər hansı bir işin çox vacib bir komponenti mühasibatdır. Fəaliyyətin əvvəlindən mühasibat uçotuna nəzarət etmək üçün başlanğıc zamanı təməlin düzgün qurulması vacibdir.

Şirkət üçün korporativ stil, loqotip, veb sayt hazırlamalı, ticarət nişanının qeydiyyatı üçün müraciət etmək lazımdır.

Bisnez qəhvəaltına, mitaplara, forumlara qatılaraq tanışlıq dairənizi genişləndirə, tədarükçülər, iş ortaqları, əməkdaşlar və həmfikir insanlar tapa bilərsiniz. Sərgilərdə, ixtisaslaşmış iş icmalarında və şəbəkələrdə iştirak etmək faydalı olardı.

Sahibkar olmaq həmişə biznesin nəbzinizi tutmaq deməkdir. Bir işə başlayarkən səhv etmək mümkündür, ancaq peşəkar məsləhətçilərin köməyi ilə səhvlərdən qaçınmaq olar. 

Bəzən bir işə başlamaqda səhvlər fatal ola bilər. Zərərlər və aşağı satışlar məyusluq yarada bilər, nəticədə qısamüddətli fəaliyyət və bütün investisiyaların itirilməsi ilə nəticələnər.

Uğurlu bir iş yaratmaq investora müəssisəni inkişaf etdirməyə və fəaliyyətini genişləndirməyə, yeni iş yerləri açmağa, vergi ödəməyə və qazanc əldə etməyə imkan yaradır.