Çox adam düşünür ki, biznesi öz obyektində başlamaq daha sərfəlidir. Amma, nəzərə almırlar ki, çox hallarda bu uğursuluğa və zərərə aparan yol ola bilər. İcarə ödənişlərində qənaət edərək, biznesin zərərli ilə nəticələnə bilər.
Bina müştərilər üçün narahat, yaxud biznesin profilinə uyğun olmayan loksaiyada yerləşə bilər. Bu da satışlara və inkşafa mane olacaq. Yaxud, daşınmaz əmlakın alınmasına sərf olunan vəsait biznesin inkşaf və genişənməsinə yönləndrilə bilər, binanı isə icarəyə götürmək olar. Sərfəli yerləşmə sayəsində mal və xidmətlərin satışı yüksək olaraq, yüksək gəlir gətirə bilər.
Daşınmaz əmlakın olması halında onu başqa biznesə çevirmək olar. Onu icarəyə verərək, gəlir əldə etmək mümkündür. Əmlaka isə yatırım aktivi kimi yanaşmaq lazımdır.