Maliyyə analizinin vacibliyi
Mühasibat uçotunun düzgün aparılması şirkətin hələ uğurlu olması demək deyil. Vəziyyəti anlamaq üçün müəssisənin maliyyə analizinin aparılması vacib meyarlardandır.
Müəssisənin maliyyə analizinin göstəriciləri onun cari vəziyyətini, imkanlarını və problemlərini müəyyən etməyə imkan verir. Bu dəyərli məlumatlar həm cari idarəetmə qərarları vermək, həm də strategiya qurmaq üçün istifadə olunur.
Maliyyə göstəricilərinin təhlili müəssisədə vəziyyəti və gələcək imkanları qiymətləndirmə metodlarıdır. O strateji planlaşdırmanın əsasını təşkil edir, rəhbərliyin müəssisənin sonrakı inkişafının əsaslarını və istiqamətlərini müəyyənləşdirməyə, güclü və zəif tərəflərini tapmağa kömək edir.
Maliyyə əmsallarının təhlili müəssisənin məqsədlərinə çatmağın optimal yollarını müəyyənləşdirmək üçün aparılır, məsələn, işgüzar fəallığın artırılması – aktivlərin dövriyyəsi, likvidliyin və maliyyə sabitliyinin təmin edilməsi, müəssisənin gəlirliliyinin artırılması.
Analitik müəssisənin cari fəaliyyətinin səmərəliliyini müəyyənləşdirmək və onun artırılması üçün tövsiyələr hazırlamaq üçün mühasibat və idarəetmə hesabatlarından müxtəlif rəqəmlərini anlamalıdır. Maliyyə təhlilində əsas amil – əldə edilmiş nəticələri düzgün şərh etməkdir, çünki o rəhbərlik tərəfindən verilən qərarların effektivliyinə təsir edir.
Maliyyə təhlilində 200-dən çox əmsaldan istifadə olunur. Onlar qoyulmuş məqsədlərdən və bu məlumatın nəzərdə tutulduğu istifadəçilərdən asılı olaraq dəyişə bilər. Göstəricilər balans əsasında hesablanır. O nə qədər yüksəkdirsə, müəssisənin maliyyə imkanları də yüksək olacaq.
Maliyyə göstəricilərini hesablayaraq müəssisədəki mövcud vəziyyəti öyrənə və perspektivlərini qiymətləndirmək olar. Doğru təhlil inkişaf strategiyasını düzgün qurmağa, şirkətin aktivlərinin və cəlb edilmiş vəsaitlərinin idarə edilməsi konsepsiyalarını yaxşılaşdırmağa imkan verir.
Maliyyə təhlili aparmaq üçün şirkətimizlə əlaqə saxlaya bilərsiniz.