Biznesə öz vəsaiti ilə başlamaq və investisiyaları yalnız növbəti mərhələlərdə cəlb etmək vacibdir. Hazır məhsul, satış, müştəri bazası, göstəricilər və ya istehsal olduqda, biznesin dəyəri ilkin mərhələdə olduğundan dəfələrlə yüksək olacaq.

Əgər öz vəsaitinizlə inkişaf etdiyinizi göstərmək və öz hesabına inkşafı davam etdirmək mümkündürsə,, maliyyələşmənin cəlb edilməsi imkanları əhəmiyyətli dərəcədə artır. Daha sonra investorlara və banklara müraciət edərkən, maliyyə cəlb etmə şərtləri daha sərfəli olacaq. 

Başlanğıcda uğursuzluq ehtimalı daha yüksəkdir, buna görə heç kim riski öz üzərinə götürmək istəməyəcək. Anlamaq lazımdır ki, yüksək riskli pul həmişə baha olur.