Biznes-plan – 3-5 illik iş fəaliyyət planıdır.

Bu sənəd inkişaf strategiyasının hazırlanması, bazar risklərinin hesablanması və yaradılan biznesin daha yaxşı başa düşülməsi üçün lazımdır.

“Biznes plan” ifadəsi sahibkarlar arasında tez-tez istifadə olunur. Ancaq bəziləri onun məqsədini bilmirlər. Əsasən kredit almaq, ya da investorları cəlb etmək üçün sifariş olunur.

Birinci halda, biznes-plan bankların tələbidir, Kredit şöbəsinin mütəxəssisləri onu incələyir və məlumatların əsasında kredit vermək və ya imtina etmək qərarına gəlirlər. Eyni şəkildə, investorlar layihədə iştirak etmək qərarını qəbul edirlər.

Biznes-plan çox zaman Prezentasiya ilə qarışdırılır. Prezentasiya – məhsulun yaxud xidmətin təsviri, unikal rəqabət üstünlükləri, yeni layihələr və fəaliyyətin nəticələri, PowerPoint formatında tərtib olunur. Sadə dillə desək, Prezentasiya biznes planının qısa xülasəsidir.

Biznes-planının quruluşu, ayrı-ayrılıqda gözə görünməyən asan planlaşdırma qüsurlarını aşkar etməyə imkan verir.

Biznes-plan planlaşdırmanın müxtəlif aspektlərinə həsr olunmuş bölmələrdən ibarətdir. Sənədin əvvəlində titul səhifəsi, məzmun və xülasə var. Ancaq onlar sonda, hazır biznes-plan əsasında tərtib olunurlar.

İlkin hissədə müəssisə haqqında məlumatlar verilir. Bunlar təşkilati və hüquqi forma, idarəetmə və biznes sahiblərinin adları, onların yatırımları, müəssisənin yeri və avadanlıqları, maliyyə göstəriciləri və tələb olunan investisiyalardır.

Yeni bir layihə üçün biznes-plan hazırlanırsa, maliyyə göstəriciləri cari və qarşıdakı xərcləri əks etdirəcəkdir. Mövcud biznes üçün son 2-3 il və ya qısa olduqda, fəaliyyət dövrü üçün maliyyə göstəriciləri, gəlir və xalis mənfəət, əməliyyat xərcləri, balans hesabatı haqqında məlumat daxil edir.

Davamı var…