цц

Biznesi gəlirli etməyin başlıca yollarından biri xərcləri və malın yaxud xidmətin satış qiymətlərinin doğru təyin edilməsidir. Bunun üçün mühasibatı doğru ayarlamaq lazımdır. 

Alınan, istehsal olunan malların və göstəriləcək xidmətlərin maliyyəti hesablanmalıdır. Maliyyətə nəinki mala verilmiş ödəmə, həmçinin nəqliyyat, ixrac haılnda gömrükdə ödənilən vergi, aksiz və sairə, gömrük prosedurları zamanı edilmiş xərclər, anbara daşımaq üçün nəqliyyat xərcləri, saxlanılma, satışla bağlı digər xərclər əlavə edilməlidir. İstehsalatda isə xammalın alınması, nəqliyyatı, istehsal xərcləri, kommunal xərclər belə nəzərə alınmalıdır.

Maliyyət hesablandıqdan sonra, bazarda aparılmış araşdırma nəticəsində alınmış qiymətlərə uyğunlaşmaq üçün marja təyin edilir. Marjanın həcmi müəssisənin gəlirli edilməsi üçün təyin olunmalıdır. Əgər bu mənfi dəyər verirsə, deməli biznes-plan və marketinqin nəticələri yanlış olub. Hətta belə hallarda çıxış yolu var. Bunun üçün malın bazardakı rəqiblərdən baha qiymətə irəli sürülməsi üçün strategiya qurulmalıdır. 

Heç bir halda dempinq edərək, müəsissənizi zərərə sürükləməyin, çünki, sonunda itirən siz olacaqsınız.

Mal və xidmətin maliyyə və satış qiymətinin təyin edilməsi üçün bizim xidmətlərdən istifadə edə bilərsiniz. Hər zaman qulluğunuzda hazırıq.