Son illərdə sosial şəbəkərlərin populyarlaşması şirkət və sahibkarların öz səhifələrini orada yaratmağa sövq edir. Amma bununla yanaşı hər bir biznes və qurumun veb səhifəsinin olması aksiomadır. Əgər müəssisə onlayn satışla məşğul deyilsə belə, veb-saytın olması şərtdir. Ən azından bu müəssiəsnin vizit kartıdır. Özəlliklə əcnəbi partnyorlarla iş üçün ən vacib meyarlardandır.
Vebsaytın dizaynı müasir, dəbli, yetərli qədər məlumatın olması məsləhətdir. Orada şirkət haqqında məlumat, kontakt üçün nömrələr və elektron poçt ünvanl yerləşdrilməsi şərtdir. Rəhbərlik haqqında məlumatın olması məsləhətdir. Bu müəssisəyə olan hörməti artırır. Вigər tərəfdən isə internet axtarışda şirkət haqqında məlumat rahat tapılır.
Vebsaytın dizaynı ümumi korporativ dizayn üzərində qurulmalıdır. Müəssisənin logo, dizayn və atibutlarının yaradan agentlik Brand Book-da bu haqda məlumat yerləşdirir. Əlbəttə ki, vebsaytın yaradılması üçün vebdizayn studiyalara müraciət etmək lazımdır. Buna pul əsirgəməyin, çünki vebsayt sizin üzünüzdür.