Dünyanın böyük onlayn mağazaları Pandemiya dövründə daha da inkişaf, dəyər artımı və yüksək gəlir nümayiş etdirdi. Zamana uyğunlaşaraq yeni xidmətlər tətbiq olundu. Yoluxmanın qarşısının alınması üçün kontaktsız onlayn alış-veriş və alıcıya təhvil vermə xidmətləri asanlaşdı.
Bu gün ABŞ, Avropa, Çin, Türkiyənin bir çox onlayn satış platformalarından azərbaycanlılar da geniş istifadə edir. Lakin buna baxmayaraq, hələ də ölkəmizdə bu sahədə böyük boşluq var və buna səbəb olaraq, alıcılar xarici mağazalara üz tutur.
Onlayn mağazalar gələcək deyil, bu günün tələbidir.