İki və daha çox partnyor ortaq müəssisə yaradarkən çox zaman səhvlərə yol verirlər. Şərtləri, hər bir tərəfin öhdəliklərini, maliyyə qoyuluşlarını, proqnazları müzakirə etmir və rəsmiləşdirmirlər. Hər tərəf partnyorluq öhdəliklərini və şərtlərini öz istədiyi kimi anlayır, çünki, bu şərtlər kağızda yazılıb, imzalanmır.
Səbəb olaraq, çox hallarda həmtəsisçilər arasında bir müddətdən sonra narazıçılıqlar yaranır. Buna həm də “qara” mühasibat çətinlşədirir, çünki, anlaşılmazlıq zamanı nə isə sübut etmək müşkül məsələyə çevrilir.
Bu problemləri yaşamamaq üçün hüquqşünas və auditorlara müraciət etmək məsləhətdir.