Payız yeni biznes başlamaq üçün yaxşı vaxtdır.
Biznes yaratmaq üçün ilk ediləcək şey – büdcənizə uyğun olan yaxşı ideyadır.
Payızda, məktəb mövsümünün başlaması ilə bağlı hamı istirahətdən qayıdır. Bu da iş qurmağın vaxtı gəldiyinə eyhamdır. Ona görə payızda hansı biznesin açılmasının sərfəli olduğunu düşünməyin vaxtıdır.
Mövsümi biznes haqqında yeni başlayan, təcrübəsiz sahibkarın qorxduğu və təşəbbüslərindən imtina etdiyi bir çox ümumi miflər var. Mifləri və qorxuları aradan qaldırmaq üçün əvvəlcə bəzi suallara izah gətirmək lazımdır.
Mövsüm biznesi gəlirlidirmi?
Mövsüm Biznesi orta hesabla yüksək gəlirliliyə malikdir. Birincisi, bu dövrdə 100%-dən çox marjası olan, yüksək qiymət təyin edə biləcəyiniz mal və xidmətlərlər populyardır. İkincisi, mövsüm biznesini yaratmaq ümumiyyətlə az xərc tələb edir, ona görə ilk mövsümdə sərmayəni geri qaytarmaq və qazanc əldə etmək mümkündür.
Uğurun yalnız düzgün planlaşdırma ilə əldə edilə biləcəyini nəzərə almaq lazımdır. Başlamaq üçün ən uyğun vaxtı seçməlisiniz, xərcləri optimallaşdırmalı və satış həcmini obyektiv qiymətləndirməlisiniz.
Mövsüm biznesinin hansı riskləri var?
Mövsüm biznesinin əsas riski onun spesifikliyidir. Hava dəyişməsinin gözlənilməz olduğu dövrdə havaya bağlı olan bizneslər risklidir. Bu riski idarə etmək çox çətindir. Belə mövsümi biznes ideyasını həyata keçirməzdən əvvəl havanın təsirini qiymətləndirin. Məhsul və ya xidmətlərinizə olan tələbin birbaşa hava şəraitindən asılı olduğu ortaya çıxsa, mövsüm üçün uzunmüddətli proqnozla tanış olmaq lazımdır. İnternetdə mövsüm üçün sinoptiklərin proqnozunu asanlıqla tapa bilərsiniz. Əlbəttə ki, bu məlumatlar təxmini, lakin əvvəlki illərin statistikası ilə birlikdə, heç olmasa işinizin şərtlərini qiymətləndirməyə imkan verəcəkdir.