Əgər öz biznesinizi yaratmağı planlaşdırırsınızsa, onda şirkətin brendi ilə yanaşı, şəxsi brendinizi yaratmaq məsləhətdir, çünki o rəqiblərindən üstün olmağa, loyal müştəriləri cəlb etməyə kömək edəcək. Şəxsi brend şirkətin brendi ilə rəqabət aparmır, əksinə ona dəstək olur.

Hər bir şəxsi brendin əsasında üç şey dayanır: peşəkarlıq, populyarlıq və nüfuz. Birincisi təcrübə ilə gəlir və yalnız öz inkişafına yatırımlardan asılıdır. Məşhurluq və nüfuzu əldə etmək üçün şəxsi brendin strategiyasını doğru yaradıb, ona əməl etmək lazımdır. 

Şəxsi marka boş yerdə yaranmır, ona ətrafadılarla öz bilik, ideyalarınızlar bölüşməyə, motivasiya etmək şəklində investisiyadır. Bunun üçün hər bir sahədə peşəkar olmaq lazım deyil, bir mövzuda ekspert ola bilərsiniz. Lakin, onu çox dərindən bilmək lazımdır. Populyarlıq artıq nəyə isə nail olduğunuz zaman gəlir və adınız fəaliyyətinizlə möhkəm bir şəkildə bağlı olur. Onda sizi şəxsən tanımasalarda ,bir-birilərinə tövsiyə edəcəklər.