Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsada yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Hələ Strabon I əsrdə bu dövlətin müxtəlif dövrlərdə, müxtəlif siyasi hüdudlara malik olduğunu göstərmişdir.
Tədqiqatçı Ramin Əlizadənin araşdırmalarına istinadən deyə bilərik ki, Qubadlının əhalisi çox güman ki, lokal etnik qruplarla (türk tayfaları ilə) daim kontakta olan köçəri tayfaları, əsasən tərəkəmə qarışması nəticəsində formalaşmışdır. İndiyədək Qubadlının etnik tarixi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Rayonun yerli əhalisini bəzi antropoloqlar bütün Qafqazda ən qədim yerli tip sayılan Kaspi tipinə (və ya Oğuz tipi) mənsub olduğunu söyləyirlər.