Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Şuşa Qarabağın döyünən qəlbidir. Azərbaycanın mədəniyyət tarixində mühüm rol oynayan şəxsiyyətlər – sonuncu Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvan və müsəlman Şərqində ilk operanın müəllifi, Azərbaycan himninin bəstəkarı Üzeyir Hacıbəyli bu şəhərdə anadan olmuşlar.
Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyi 1959-cu ildə yaradılmışdır və 1992-ci ilə kimi, Şuşanın erməni qəsbkarları tərəfindən işğalına kimi fəaliyyət göstərmişdir. Şuşanın işğalından sonra muzey fəaliyyətini Bakıda yerləşən Ü.Hacibəylinin ev muzeyində davam etdirir.
Yaxın zamanlarda muzey öz qapılarını Şuşada turistlər üçün yenidən açacaq.