2023-ci ildə Dünya iqtisadiyyatı 1 trilyon dollar itirə bilər.
Ukrayna ətrafındakı vəziyyətə görə, 2023-cü ildə qlobal iqtisadiyyatın həcmi 1% azalacaq ki, bu da 1 trilyon dollar edir. Britaniya Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutu bunu öz məruzəsində dərc edib.
Həmçinin institutun ekspertləri hesab edirlər ki, münaqişə nəticəsində dünya inflyasiyasının səviyyəsi 2023-cü ildə 2 faiz səviyyəsində artacaq.
“Rusiya və Ukrayna titan, palladium, buğda və qarğıdalı daxil olmaqla, xammalın əsas təchizatçılarıdır. Buna görə də biz güman edirik ki, bu xammallardan istifadə edən sektorlar üçün təchizat zəncirləri ilə bağlı problemlər güclənəcək. Onların arasında avtomobil, aviasiya sənayesi və smartfon istehsalı da var”, – deyə araşdırmada qeyd olunur.
Analitiklər həmçinin əlavə ediblər ki, Rusiya iqtisadiyyatı üçün yeni sanksiyalardan yaranan xərclər enerji resurslarının qiymətlərinin yüksəlməsi ilə qismən kompensasiya olunacaq. Lakin ümumilikdə, yeni məhdudlaşdırıcı tədbirlər mənfi effekt verəcək və Rusiyanın ÜDM-i bu il 1,5%, 2023-cü ilin sonuna 2,5% qədər azalacağı gözlənilir. Rusiyada inflyasiya 2022-ci ildə 20%-dən yüksək olacaq.
Bununla yanaşı, mövcud ticarət əlaqələrini və Rusiyanın enerji resurslarının tədarükündən asılılığını nəzərə alsaq, ən çox zərər çəkən region Avropa ola bilər. Bununla yanaşı, münaqişə inkişaf etməkdə olan iqtisadiyyata inkişaf etmiş dövlətlərə nisbətən az təsir göstərəcək.
“Ukraynadan qaçqın axınının artmasına və müdafiə xərclərinin artması Avropada dövlət xərclərinin artımına səbəb olacağını ğözləyirik ki, bu da Avropa ÜDM-nə mənfi təsir edəcək”, – deyə ekspertlər bildirir.