Bizneslə məşğul olan hər bir sahibkar vergi ödəyir. Lakin, bəzən qanunları bilmədiklərinə görə, onlar vergi risklərinə məruz qalır, vergi ödənişlərini optimallaşdıra bilmirlər, həm də müəssisənin işinə təsir edən qanun pozuntularına yol verirlər.
Bu problemlərin həllində vergi məsləhətçiləri köməyə gələ, vergi xidməti ilə ünsiyyəti anlaşılan və rahat edə bilərlər. Onlar vergi sisteminin düzgün seçilməsi sayəsində müəssisənin xərclərinin optimalaşdrılması məsələlərində köməklik edə bilərlər. Təcrübəli məsləhətçi şirkət üçün ən optimal vergi sistemini seçir, bu da xərclərin azaldılması yolunda düzgün optimallaşdırmanın nəticəsi olur.
Müasir qanunvericilik haqqında məlumat və bilik, həmçinin gündəlik praktika və böyük təcrübə vergi məsləhətçisinə vergi orqanları ilə doğru ünsiyyətin qurulmasına və onlarla yarana biləcək münaqişələrin qarşısını almağa imkan verir.
Yeni layihələrin, müqavilələrin müşayiət edilməsi gələcəkdə yarana biləcək problemlərin qarşısını alır. Layihənin reallaşdırılması zamanı onların hüquqi dəstəyi müqavilənin bağlanmasından başlayaraq reallaşdrılmasına qədər vergi sahəsində problemlərin qarşısını almağa imkan verir.
Şirkət rəhbərlərinin və mühasiblərinin vergi sahəsində konsaltinqi keyfiyyətli işi təmin edə bilər. Vergi məsləhətçisi vergi qanunvericiliyində baş verən dəyişiklikləri izləyir və məlumatlar əldə edir. Bu biliklər müəssisənin işinin qurulmasına və vergi yükünün azaldılmasına kömək edə bilər.
Vergi orqanı ilə anlaşılmazlıq əlavə ödənişləri, cərimələr, hətta məhkəmə çəkişmələri ilə nəticələnə bilər. Vergi məsləhətçiləri hər bir yaranan vergi mübahisəsində müəssisənin maraqlarını qorumaq üçün şirkətin əsaslandırılmış mövqeyini formalaşdırmağa kömək edir.
Vergi məsləhətləri mümkün problemlərin qarşısını alır, maliyyə əməliyyatlarını və məhkəmə risklərini minimuma endirir.
Vergi məsləhətləşmələri üçün şirkətimizə müraciət edə bilərsiniz.