Təcrübəniz olmayan yeni sahədə biznes yaratdıqda yaxud artıq işləyən biznesdə problemlər yaranıbsa biznes konsultantlara müraciət etmək məsləhətdir.
Konsultantları necə seçmək lazımdır?
İlk görüşdə konsultantlardan istifadə etdikləri metodologiyalar və alətlər haqqında məlumat istəyin. Bu və ya digər vəziyyət üçün aydın bir iş metodologiyası varsa, layihənin diaqnostikası və inkişafı üçün müxtəlif vasitələri varsa, onlara etibar edə bilərsiniz.
Əməkdaşlığın yalnız məsləhətlərə məhdudlaşmaşdırmaq deyil, həm də yeni biliklərin öyrədilməsi olmaslıdır. Alətlər kompleksi nə qədər geniş olsa, o qədər yaxşıdır. Şirkətin komandası ilə qarşılıqlı əlaqələr, təlim metodları, biliyin verilməsi daha məqsədəuyğundur.
Konsultantlar sizə düzgün qərarların qəbul edilməsi və stabil biznesin ayarlamasını öyrədə bilərlər.
Yaxşı Konsultantlar əvvəlcə biznesin diaqnostikasını edirlər, çoxlu suallar verir, problemləri aydınlaşdırmaq üçün şirkətin əməkdaşları ilə söhbət edirlər.
Onlar problemin təyin edilməsi ilə başlamalıdırlar. Heç bir məsləhətçi yalnız sözlərə inanmamalıdır. Əgər siz “problem budur və siz mən dediyim yolla həll edəcəksiniz” deyirsinizsə və Konsultant bununla razılaşırsa, deməli onunla işləmək məsləhət deyil.
Həqiqət, hətta xoşagəlməz – Konsultantlardan əldə edəcəyiniz ən böyük faydadır. Əgər Konsultantlar sizə yalnız xoş xəbərlər deyirsə, strategiyanızı və biznes prosesləri nəzərdən keçirməkdən qorxursa və heç vaxt tənqid etmirlərsə, bu, qəribə Konsultantlardır. Onlar problemlərin həlli və suallara cavab axtarmağa dəvət olunublar və buna görə də dürüst olmalı və sizin özünüzün inanmaqdan çəkindiyiniz və ya görmək istəmədiyiniz xoşagəlməz məlumatları söyləməlidirlər.
Məsləhətçilərin cəlb edilməsi bir çox məsələlərin və problemlərin həllində sizə kömək edə bilər.