Dünyada Konsaltinq xidmətləri sferası 300 milyard dollar təşkil edir.
Hər il məsləhətlər üçün şirkətlər tərəfindən bu qədər məbləğ ödənilir. İri şirkətlərlə yanaşı, bazarda kiçik şirkətlər də var. Fərdi xidmətlər göstərən freelance məsləhətçilər də mövcuddur. Bazar artır və inkişaf edir.
Bu bazara daxil olmaq üçün tələblər çox aşağıdır. Başlamaq üçün, bahalı avadanlıq, 20 əməkdaş olan komanda, ofis, ali təhsil diplomu, xüsusi hazırlanmış metodologiya və bahalı vebsayt lazım deyil. Özünü Konsultant adlandıraraq, həmin gün müştərilərin görüşünə getmək olar.
Bacarıqlı konsultantlar problemləri peşəkar şəkildə həll edə bilirlər. Çünki, onlar tez-tez böhran vəziyyətində cəlb edildikləri üçün yaranmış problemlərə diqqətlə yanaşırlar, buna görə də fövqəladə halların öhdəsindən rahatlıqla gəlirlər. Şirkət problem içində olduqda, konsultantların cəlb edilməsi ən sürətli və doğru çıxış yoludur.
Konsultantları cəlb etmək, ştatda çalışacaq bir qrup mütəxəssislərin işə götürərməkdən daha sərfəlidir. Çünki, yeni əməkdaşları cəlb etmək bahalıdır, uzun prossesdir və müsbət nəticələr verəcəyi də fakt deyil. Konsultantlar isə qısa zamanda yaranan problemli məsələləri həll etməyə başlaya bilərlər.
Şirkətin əməkdaşları rəhbərliyə həqiqəti söyləməyə bilərlər. Çünki belə qəbul edilmişdir, kimsə utanır yaxud qorxur, digər səbəblər də ola bilər. Konsultantlar həqiqəti axtarmaq üçün cəlb olunur və bir qayda olaraq personal onlara problemlər haqqında danışmağı etibar edirlər.
Konsultantlar yalnız böhran vəziyyətində deyil, həm də yaxşı vaxtlarda biznesdə səhvlərin qarşısını almaq üçün lazım olur.