Yeni məhsul yaratmaq asan iş deyil, onu alıcı üçün keyfiyyətli və faydalı etmək lazımdır. Məhsul düzgün tanıtma edilməsə, yaxşı satılmayacaq.

İlk növbədə yeni məhsulun tanıtımı daimi müştərilər üçün keçirilməlidir. Onlar nəinki yeni məhsul ilə maraqlanacaq, həmçinin sosial şəbəkələrində bu barədə danışa və başqalarına tövsiyə edə bilərlər.

Bazara çıxmadan öncə tədbir və təqdimat təşkil, sadiq müştəriləri məhsulu sınamağa dəvət etmək və rəy bildirmələrini xahiş etmək mümkündür. Daimi müştərilər üçün belə bir eksklüziv təklif onlar üçün biznesi daha dəyərli edəcək, onların loyallığını qorumağa və inkşaf etdirməyə kömək edəcəkdir.

Tədbirlər müştəriləri yalnız yeni məhsul sınamağa həvəsləndirmir, həm də tədbirdə yeni potensial müştərilərlə əlaqə yaradaraq onları cəlb etmək olar.

Tədbiri mütləq bahalı etməyə ehtiyac yoxdur. “Açıq qapı” kimi sadə formatlar yerli müəssisələr üçün effektli işləyir. Yaxud xərcləri azaltmaq üçün digər kiçik şirkətlərin nümayəndələri ilə birləşərək ortaq tədbir təşkil etmək də mümkündür. Məsələn, yarmarka yaradaraq daha çox ziyarətçi toplamaq olar.

Yeni məhsulu təqdimatı zamanı, onu ilk əldə edənlər arasında əlverişli şərtlər təklif edin. Bu xüsusi təklif ola bilər:

  • yeni məhsula endirim;
  • yeni məhsulu paket şəkilində endirimli qiymətə almaq imkanı;
  • növbəti alış üçün endirim kuponunun verilməsi;
  • yeni məhsul alarkən başqa bir məhsulu pulsuz əldə etmək imkanı;
  • loyallıq proqramı olduqda ikiqat bal;
  • proqrama yeni qatılan iştirakçıları üçün hədiyyə.

Bunun yalnız ilk alıcılar üçün müvəqqəti bir promosiya olduğunu vurğulamaq lazımdır. Beləliklə, potensial müştərilər alış-veriş etmək ehtiyacını hiss edəcəklər və faydanı əldən verməmək üçün daha sonraya təxirə salmayacaqlar.