İnsanaların bir çoxu 13 rəqəmindən qorxur, ona görə də biznesdə bu rəqəmdən çəkinir və 13 tarixində çox ehtiyatlı hərəkət edir.
Amma bununla yanaşı, biznes qurarkən bazar araşdırması, proqnoz və biznes plan üzərində işləməyərək, “hər şey yaxşı olacaq, yetər ki, başlayaq” kimi “motivasiyalara”əsaslanırlar. Ona görə də çətinlik çəkən, müflis olan, zərərlə çalışan müəssələrin sayı yetərli saydadır.
Biznes yaradarkən, ilk növbədə anlamaq lazımdır ki, riskin həddini də təyin etmək mütləqdir. Bunun üçün mütəxəssislərə və məsləhətçilərə müraciət etmək yetərlidir. Kiçik miqdarda pul sərf edərək, daha böyük maliyyə vəsaitini qorumaq olar.