Nadir hallarda sahibkarlar maliyyə planlaşdırması və fəaliyyət təhlilindən istifadə edir.
Bu alətlərin köməyi ilə müəssisədəki mövcud vəziyyəti təhlil etmələ yanaşı problemləri də müəyyənləşdirə və yaxın gələcəkdə mənfəəti artırmaq olar.
Ən güclü alətlərdən biri Maliyyə Konsaltinqidir.
Maliyyə konsaltinqi mühasibat uçotu və vergi uçotunun idarə edilməsi, maliyyə və idarəetmə siyasətinin dəyişdirilməsi, şirkətin mənfəətinin uzunmüddətli zamanda artırılmasına yönəlmiş investisiya prosesləri üçün tədbirlər məcmusudur.
Maliyyə konsaltinqi aşağıda nəzərdən keçirəcəyimiz bir neçə mərhələyə bölünür.
Müəssisənin cari maliyyə və iqtisadi vəziyyətinin təhlili.
Bu mərhələnin əsas məqsədi mənfəəti artırmaqdır. Bunun üçün mütəxəssis cari maliyyə göstəricilərini və əmsalları təhlil edir, mövcud mühasibat və maliyyə idarəetmə modelinə baxır və vergi dərəcəsini optimallaşdırmağa kömək edir. Nəticələrə əsasən, rəhbərliyə maliyyə optimallaşdırılması və gələcək planlaşdırma üçün zərərli istiqamətlərin azaldılması və gəlirli sahələrin inkişafı, idarəetmə modelinə yenidən baxılması və digər fəaliyyət planı təqdim edilir.
Bunun ardınca şirkətin investisiya qiymətləndirməsi gəlir.
Çox vaxt şirkətin güclü inkişafı üçün əlavə maliyyə qoyuluşu tələb olunur. Bu kredit, yaxud investisiya ola bilər. Bu investisiyaları əldə etmək üçün biznesin cari maliyyə göstəriciləri haqqında hesabat təqdim etməli, investisiyaya ehtiyacı əsaslandırmalı və şirkətin böyümə planı təqdim edilməlidir.
Bütün bu məsələlərə maliyyə konsaltinqi kömək edir.
Şirkət böyükdürsə və yeni investisiylar tələb etmirsə, maliyyə konsaltinqinin köməyi ilə mövcud maliyyəni necə yaxşı idarə etmək və onları sərfəli şəkildə yatırmağı anlamaq olar.