NİESR (National Institute for Economic and Social Research – Britaniya İqtisadi və Sosial Araşdırmalar Milli İnstitutu) araşdırmalarına görə, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq qlobal iqtisadiyyatın həcmi 2023-cü ildə1% azalacaq, bu isə 1 trilyon dollara bərabərdir. Bundan başqa, təşkilatın ekspertləri hesab edirlər ki, münaqişə nəticəsində dünya inflyasiyasının səviyyəsi 2023-cü ildə 2 faiz artacaq.
Rusiya və Ukrayna Titan, Palladium, buğda və qarğıdalı da daxil olmaqla, əhəmiyyətli xammal tədarükçüləridir. Buna görə də bu xammallardan istifadə edən avtomobil və aviaistehsahlat sənayesi, smartfonların istehsalı kimi sahələrdə və digər sektorlarda təchizat zəncirləri ilə bağlı problemlərin artacağı ehtimal olunur. Həmçinin enerji resurslarının qiymətinin yüksəlməsi gözlənilir.