Ağdam şəhərinin son şəkilini görən hər birimizin ürəyi ağrayır. 27 il ərzində gözəl məkan düşmən tərəfindən xarabalığa çevrilib.
Cənab Prezident İlham Əliyev söyləmişdir ki, ərazi yenidən qurulacaq və öncəkindən daha da gözəl və müasir olacaq. Əvvəlki sahələrin yenidən yaradılması ölkəmiz qarşısında dayanan başlıca məsələlərdən biridir.
Qarabağ müharibəsindən öncə, Ağdamda istehsal sahələri geniş inkşaf edilmişdi. Belə ki, Ağdam rayonunda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, mebel istehsalı, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları, ət kombinatları, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı fəaliyyət göstərirdi. Kənd təsərrüfatı həmçinin inkşaf etmişdi.
Həmçinin, rayonu fəxrlərindən biri – 1860-cı ildə isə Xublarov qardaşları tərəfindən tikilən Ağdamda çaxır zavodu idi. Azərbaycanda ilk çaxır zavodlarından biri sayılır.