Ali Baş Komandan cənab İlham Əliyev və brinci Vitse-Prezident Mehriban xanım Əliyeva erməni işğalından azad olunmuş Cəbrayıl rayonunu ziyarət ediblər. Diqqət çəkən məqamlardan biri də cənab Prezidentin zirehli avtomobilin şəxsən idarə etməsi idi.

Bu avtomobil AZCAN Sentry APC markalı, yüksək qorunma səviyyəsi və hər bir klimatik şəraitdə, yəni ən aşağı temperaturdan başlayaraq, tropik istiyə kimi müxtəlif temperaturlarda sərnişinlərin rahatlığını təmin edir. Bu salonun xüsusi izolyasiyası və qabaqcıl klima sisteminin sayəsində əldə olunur. Oturacaqların yerləşdrilməsi sərnişinlərə effektiv taktik vəziyyət almağa imkan yaradır. Sentry APC dünyanın müxtəlif ölkələrindən xüsusi təyinatlı xidmət və hüquq-mühafizə orqanları tərəfindən istifadə olunur.

Cənab Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan ordusu və xüsusi təyinatlı qoşunlar zamanımızın ən müasir silah və nəqliyyat vasitələri ilə təmin edilmişdir. Bu da əldə olunan Qələbimizin sürətlənməsinə yol açdı.