Elə bil yaz fəslində insanlar yenilənir. Onlar qarderobu dəyişirlər, yüngül geyinir, təbiətə daha yaxın olmağa çalışır, özlərini xoşbəxt və qayğısız hiss edirlər, kimsə aşiq olur, bəziləri yeni evinin təməlini qoyur yaxud yeni mənzil alıb, təmirə başlayır, yay tətilləri üçün planlar qurmağa başlayırlar. Əlbəttə ki, bu şəxslər mövsüm biznesinin potensial müştəriləriləridir və sahibkarlara yaxşı gəlir gətirə bilərlər. Ancaq, bir şərtlə ki, sahibkar yaz ayları üçün hazır olsun.

Kiçik və orta biznesin baharda iş fəallığının artması tikinti, kənd təsərrüfatı, turizm, ticarət sahələrinin, həmçinin restoran biznesinin reanimasiyası ilə izah olunur. Yazda, açıq havada restoran və kafelər, qəlyanaltı obyektləri, fast food, içkilərin satışı və digər açıq havada xidmətlər kimi mövsümi biznes növləri aktiv fəaliyyətə başlayır.
Bu dövrdə yüksək gəlirli yeni biznes qurmaq yaxud mövcud biznesin inkşafı üçün əla başlanğıc ola bilər. Bu mövsümdə uğurlu iş qurmaq üçün yaz biznes sahələrinə diqqət yetirmək lazımdır.