1 yanvar 2024-cü ildən başlayaraq Vergi Məcəlləsində Vergi Prosedurları və Elektron Qaimə-Faktrualarına edilən dəyişiklər:
İstisna hallarda vergi ödəyicilərinə verilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmasının mümkün olmayan hallara aşağıdakılar da əlavə edilmişdir:
– Əgər vergi ödəyicisi tərəfindən son bir il ərzində müddəti uzadılmış vergi öhdəliyi vaxtında yerinə yetirilməmişdirsə;
– Və ya əgər vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə müraciətdə göstərilən vergi borcunun ödəməli olduğu 10 faiz miqdarında ödənişi etməmişdirsə, bu hallarda müddətin uzadılmasına yol verilməyəcəkdir.
Yeni prosedurlara əsasən, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanı 10 faiz miqdarında ödənişin edilməsi vəzifəsi barədə vergi ödəyicisinə yazılı məlumat verir. Qərarın qəbul edilməsi üçün müvafiq ödəniş vergi orqanının verdiyi məlumat alındığı tarixdən 3 iş günü ərzində vergi ödəyicisi tərəfindən həyata keçirilməlidir.
Əlavə olaraq, bundan sonra məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri üzrə ödənişlərin qaydası fərqli olacaqdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri Vergi Məcəlləsindəki sıra ardıcıllığından asılı olmayaraq, hər bir qərar üzrə ayrılıqda ödəniləcəkdir.
Elektron Qaimə-Faktruaları üzrə vergi ödəyiciləri hər hansı görüləcək iş (xidmət, mal) üzrə avans ödənişi alırsa, həmin avansın alındığı gün müştəriyə avansın dəyərində elektron qaimə-faktura təqdim edilməlidir (əvvəl avans ödənişi üçün bu tələb edilmirdi).
Bunun üçün, 2024-cü ildən etibarən elektron sistemdə qaimə yaradarkən yeni bölmə – “Alınmış avans ödənişləri barədə” elektron qaimə-faktura bölməsini seçmək tələb olunur.