Şifahi razılaşmalar – Azərbaycanda sahibkarlar arasında ən çox yayılmış və başlıca səhvlərdən biridir. Özəlliklə belə hallar partnyoralar (həmçinin şəriklər) arasında anlaşılmazlığa yol açır. Gələcəkdə səndələşdrilməyən danışıqların şərtləri mübahisəyə zəmin yaradır. Çünki, şifahi danışıqlar tərəflərdə müxtəlif anlama yarada bilər, bu da gələcəkdə narazıçılıq, etibarsızlıq, hətta məhkəmə araşdırmalarına səbəb ola bilər.
Bütün danışıqlar protokol, saziş, müqavilə, elektron məktub yaxud digər yazılı sənədlərə çevrilməsi ən doğru yoldur. Yazılı mətn oxunduğu zaman daha yaxşı qavranılır. Müəyyən anlaşılmazlıqlar yerindəcə araşdırılıb, həll tapa bilər ki, gələcəkdə problem yaratmasın.