Yeni yaranan, yaxud artıq illərlə çalışan müəssisənin doğru mühasibat qurması çox vacibdir. Günümüzün tələblərindən biri də Uçot Proqram təminatının müəssisədə tətbiqidir. Bütün əməliyyatları əks etdirərək gələcəkdə şəriklər arasında yarana biləcək anlaşılmasızlıqlardan qaçmaq olar.
Azərbaycanda tez-tez yaranan münaqişələr məhz şəriklərin bir-birinə inamsızlığı olur. Bunu yaradan səbəblərdən biri də qeyri-rəsmi mühasibatlıq aparılmasıdır. Belə olduqda əməliyyatları gizlətmək asan olur, mənimsəmələri yol açır. Nəticəsi də acınacaqlıdır. Bunun qarşısını almaq üçün professional mühasib, həmçinin müəssisədəki bütün səviyyələrdə və etaplarda uçot sistemini tətbiq edərək avtomatlaşdırmasıdır. Vaxtaşırı müstəqil auditorların cəlb edərək, hesabatlar çıxarmaq lazımdır ki, yuxarıda göstərilən problemlər yaranmasın.