Biznes qurmadan öncə ilk növbədə fəaliyyət strategiyasını hazıramaq lazımdır. Bunun üçün aparılmış bazar araşdırması əsasında biznes-plan işlənməlidir. Bu plan müəssisənin ilk 5 illik fəaliyyət dövrünü nəzərdə tutmalıdır.

Əlbəttə iqtisadiyyatda fors-major hadisələr hər zaman baş verə bilər. Məsələn, bu gün yaşadığımız Pandemiya kimi böhranların olması riski hər zaman vardır. Ona görə planda gələcəkdə baş verəcək risklər göstərilməli və onların minimallaşdrılması üçün rezerv planlar işlənməlidir.

Həmçinin biznes-plana maliyyə planı da daxil edilir. Onun üçün isə bu sahənin mütəxəssislərini cəlb etmək lazımdır.