Biznes yaradarkən menecment və personalın işə cəlb edilməsi ən vacib meyarlardan biridir. Çox zaman baş direktor olaraq, müəssisənin profilindəki sahədə heç bir səriştəsi olmayan biznes sahibləri özlərini təyin edib, bütün məsələslər üzrə qərarları yalnız özü qəbul edir. Bu da yayılmış səhvlərdən və uğursuzluğa aparan yollardan biridir.
Əgər sahibkarın işləyədiyi sahədə təcrübəsi yaxud ali savadı yoxdursa, rəhbər olacaq professional menecer cəlb etməlidir. Əlbəttə ki, müəssisənin fəaliyyətinə nəzarəti əldən buraxmamaq şərti ilə. Öz növbəsində rəhbər kadrlar üzrə mütəxəssis cəlb edərək personalı işə qəbul edir.
Ən başlıcası isə menecment və personala layiq olacaq maaşları ayırmaq lazımdır. Əks halda işin keyfiyyəti enəcək və müəssisə daxilində mənimsəmələr yaranacaq. Belə halların qarşısını almaq üçün personalı dost, qohum olduğu üçün deyil, işinin mütəxəsssisini cəlb etmək lazımdır. Onun üçün HR sahəsində çalışan şirkətlərlə əməkdaşlıq etmək məsləhət görülür. Əks halda qənaət böyük itkilərə yol açacaq.