Bazara girmək üçün yerli sahibkarlar dempinq (mal və xidmətlərin qiymətinin süni olaraq ucuzlaşdrılması) edirlər. Bu müvəqqəti olaraq satışları yüksəldə bilər. Çünki, bu şəkildə biznes zərərə yaxud gəlirsiz işləməyə yol açır. Bir müddətdən sonra qiyməti yüksəltmək yaxud maliyyəti azaltmaq üçün keyfiyyəti qurban vermək məcburiyyətində qalır. Hər iki halda müştərilərin sayı sürətlə azalacaq. Bunun səbəblərindən biri də bazara girmək istəyən digər oyunçunun dempinq edəcəyi olacaq.
Dempinq edərkən anlamaq lazımdır ki, bazarda olan böyük oyunçular artıq gəlirlə işləyir və öz müştəri bazası var. Yeni oyunçu ilə ancaq bundan uduzur, heç bir xeyir əldə etmir və bir illik fəaliyyətin sonunda əlavə maliyyə yatırımı yaxud biznesi bağlamaq məcburiyyətində qalacaq. Tez-tez belə halların şahidi olaruq. Ona görə dempinq deyil, biznesi doğru qurmaq lazımdır ki, gəlirli olsun.