Bank kreditini almaq asan deyil, həm də yeni yaranacaq biznes üçün risklidir. Girov təqdim etmək lazımdır. Ortaq yaxud ortaqlar cəlb etməyin riski daha aşağıdır. Amma onun da riskləri var.
Ortaqlar arasında problemləri minimuma endirmək üçün Səhmdar Cəmiyyət yaratmaq çox zaman daha məqsədəuyğun olur. Hər bir investor yalnız öz səhmləri ilə cavabdehlik daşıyır. Həmçinin, biznes böyüdükdən sonra, əlavə emissiya edərək, yeni səhmdarlar və vəsait cəlb etmək olar.