Sorry, this entry is only available in Azerbaijani and Russian. For the sake of viewer convenience, the content is shown below in this site default language. You may click one of the links to switch the site language to another available language.

Mikro biznesdən fərqli olaraq, orta və böyük biznesi təkbaşına yaratmaq çox zaman çətin olur. Bu problemin həlli – bank krediti yaxud ortaq biznes qurmaqdır. 

Bank kreditini almaq asan deyil, həm də yeni yaranacaq biznes üçün risklidir. Girov təqdim etmək lazımdır. Ortaq yaxud ortaqlar cəlb etməyin riski daha aşağıdır. Amma onun da riskləri var.

Ortaqlar arasında problemləri minimuma endirmək üçün Səhmdar Cəmiyyət yaratmaq çox zaman daha məqsədəuyğun olur. Hər bir investor yalnız öz səhmləri ilə cavabdehlik daşıyır. Həmçinin, biznes böyüdükdən sonra, əlavə emissiya edərək, yeni səhmdarlar və vəsait cəlb etmək olar.