Gündəlik fəaliyyət və rutin işlər gördükdə mütəxəssislər belə səhvlərə yol verə bilər. “Göz oyrəşib” deyə, çox zaman bu səhvləri təyin etmək mümkün olmur. Lakin, kənar şəxsin, yəni auditor yaxud konsultantın, bunlara göz gəzdirməsi sayəsində bunlar təyin olunub, aradan götürülə bilər. Bir sözlə, təzə baxış nöqtəsi tələb olunur.
Rəhbərlər çox zaman qəbul etdiyi qərarları yeganə çıxış yolu kimi görür. Bu halda da cəlb olunmuş konsultant yeni baxış nöqtəsini nümayiş etdirərək, qərarın tam əlverişli olmadığını təyin edə bilər və məsləhətlərlə əlavələr edər.
Belə əməkdaşlıq yalnız sahibkarın və müəssisənin xeyiri üçün atılan addımdır.