

Unutmaq olmaz ki, təsisçisi olsanız belə, şirkətin pulu sizə deyil, hüquqi şəxsə məxsusdur. Kassadan əsassız çıxarılan hər bir manat vergi yoxlamasında ciddi sanksiyalarla nəticələnə bilər.
Bəs biznesdən qazancı qanuni və ən optimallaşdırılmış yolla necə çıxarmaq olar? Bunun iki əsas yolu var:
1. Əməkhaqqı forması:
Özünüzü şirkətə direktor təyin edərək hər ay sabit maaş ala bilərsiniz. Bu halda şirkət həmin məbləği xərc kimi göstərib mənfəət vergisini azaldır. Lakin maaş yüksək olduqda, onun üzərindən hesablanan DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları işəgötürən üçün əlavə maliyyə yükünə çevrilir.
2. Dividend forması:
Bu, şirkətin xalis mənfəətinin təsisçilər arasında bölüşdürülməsidir. Şirkət bütün xərclərini və mənfəət vergisini ödədikdən sonra qalan məbləğdən dividend elan edir. Azərbaycanda dividend ödəmələri cəmi 5% dərəcə ilə vergiyə cəlb olunur və heç bir sosial sığorta (DSMF) yükü yaratmır. Böyük məbləğləri nağdlaşdırmaq üçün bu, ən effektiv və qanuni yoldur.
Hansı daha sərfəlidir?
Bu sualın vahid cavabı yoxdir. Şirkətinizin dövriyyəsindən, vergi sistemindən (bəyanetmə növündən) və çıxarmaq istədiyiniz məbləğdən asılı olaraq riyazi hesablama aparılmalıdır.
FGAC Tövsiyəsi: Qazancınızı çıxararkən vergi tələsinə düşməmək və ən optimal vergi planlamasını qurmaq üçün Finance Group Accounting and Consulting mütəxəssislərinə müraciət edin. Biz rəqəmləri hesablayırıq, siz isə qanuni qazancınızın dadını çıxarırsınız.





