Fərdi sahibkarlar üçün əlverişli və sərfəli vergi sistemləri mövcuddur, ona görə də çox sahibkar hüquqi şəxs yaratmadan işləməyi üstün tutur.

Rüblük və illik hesabatlar Dövlət vergi xidmətinin vergi ödəyicilərinə Xidmət Mərkəzinin əməkdaşlarının köməyi ilə təqdim etmək mümkündür.

Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, FS-ların əksəriyyəti mühasib işə götürmür. Ancaq bu mövqeyi yenidən nəzərdən keçirməyə dəyər, çünki buna səbəblər var. Mühasibin köməyi ilə aşağıdakılara nail olmaq mümkündür:

* Gəlir və xərclərin uçotu, malların, materialların uçotu, maya dəyərinin hesablanması, marja, mənfəət, podratçı və alıcılarla hesablaşmaların uçotu kitablarının aparılması. Yəni Mühasibat uçotu sahibkara düzgün qərarlar qəbul etmək üçün real vəziyyəti görməyə imkan verəcəkdir.

* Gəlirlərin, xərclərin və digər göstəricilərin vergi uçotu mühasibat uçotu aparılmasa da məcburidir. Sahibkar özü vergiləri müstəqil hesablaya, vergi bəyannaməsini doldura, vergi və sığorta haqlarını ödəyə bilər. Lakin hesablama, hesabat və ödəmə zamanı səhvlərə yol verə bilər ki, bu da cərimələrə səbəb olacaqdır.

* Bütün gəlir və xərclər haqqında mühasibat məlumatlara əsasən uyğun vergi sistemini seçə və biznes üçün faydalı olarsa dəyişdirilə bilər. Mühasib bütün variantları hesablaya və rasional bir həll təklif edəckdir.

* Fərdi sahibkarların işlədiyi hüquqi şəxsləri varsa gərəkli sənədləri, formaları, uzləşdirmə aktlarını, müqavilələr və digər sənədləri uyğun şəkildə və düzgün hazırlamaq lazımdır.

* Sahibkar əməkdaş işə götürərsə, işəgötürən kadr sənədlərini doldurmalı, əmək haqqını, vergi və ödənişləri hesablamalı, xəstəlik məzuniyyətini, məzumiyyət ödənişini hesablamalı və hesabat təqdim etməlidir. Bu halda sahibkar bu cür işin öhdəsindən gələ bilməyəcək və yenə də mühasibə və ya mühasibat məsləhətçilərinə müraciət etməli olacaq.