İyul ayındayıq. İlin ilk 6 ayı artıq geridə qaldı. Bir çox sahibkar bu dövrü “uğurlu” hesab edir, çünki satış rəqəmləri yüksək olub.
Amma dövriyyənin yüksək olması, biznesin sağlam olması demək deyil.
Əgər siz ilin ilk yarısını yalnız “hesabımda pul var idi” intuisiyası ilə qiymətləndirirsinizsə, ciddi risk altındasınız. Biznesinizin həqiqətən qazanıb-qazanmadığını anlamaq üçün özünüzə bu 3 sualı verin:
Xalis mənfəətiniz nədir? – Dövriyyədən bütün xərcləri (əməkhaqqı, vergi, icarə, gizli xərclər, amortizasiya) çıxdıqdan sonra əlinizdə qalan real rəqəm sizi qane edirmi? Çox vaxt qazancın böyük hissəsi “görünməyən” xərclərin içində əriyib gedir.
Kassa boşluğu (Cash Flow gap) nə vaxt yaranır? – İlin ilk yarısında ödənişlərin gecikməsi səbəbindən çətinlik çəkdinizmi? Dövriyyə yüksək olsa belə, pulun dövriyyə sürəti aşağıdırsa, biznesiniz “acdır”.
İlin ikinci yarısı üçün proqnozunuz nədir? – Yanvar-İyun dövründəki səhvləri təhlil edib, İyul-Dekabr üçün dəqiq bir maliyyə modeli qurdunuzmu?
Unutmayın: Biznesdə “bəlkə qazanarıq” anlayışı yoxdur. Ya rəqəmləri idarə edirsiniz, ya da rəqəmlər sizi batırır.
FGAC Tövsiyəsi: Biznesinizin 6 aylıq fəaliyyətini peşəkar bir “Maliyyə Check-up”-ından keçirin. Finance Group Accounting and Consulting komandası olaraq, biz sizin biznesinizin maliyyə xəritəsini çəkirik. İlin qalan yarısında “kor-koranə” deyil, rəqəmlərin dili ilə, əmin addımlarla irəliləyin.