Ticarət markasını yaratmaq, eyni adlı şirkəti qeydiyyatdan keçirmək markanızı qorumaq üçün kifayət deyil.

Əvvəla, markanızı və məhsulunuzu saxtakarlardan qorumaq üçün əqli mülkiyyəti – ticarət nişanını qeydiyyata almaq lazımdır.

Deyəlim ki, uğurlu biznes qurdunuz, şirkətinizin yaratdığı məhsulu bazara çıxardınız, kampaniya keçirdiniz, müştəri etibarına və yüksək tələbə nail oldunuz. Bu vəziyyətdə, auditoriyanızı çaşdıraraq məhsulunuzu və markanızı kopyalamaq istəyənlər olacaq. Bənzər adı, oxşar qablaşdırma və mallar yaradılır, eyni zamanda xərcləri azaltmaq üçün keyfiyyət düşür. 

Əvvəlcə satışların bir hissəsi onlara gedir, sonra alıcılar bunu sizin məhsulunuz olduğunu düşünürlər və keyfiyyətdən narazı qalırlar. Paralel olaraq, etibarsızlıq satışlarınızı kəskin şəkildə azaldır. Hələ harasıdır! Rəqiblər ilk icad etdiklərini iddia edərək sizi mal və markanı kopyalamaqda günahlandırırlar.

Nə etməli? 

Məhkəməyə müraciət etmək lazımdır. Ancaq məhkəməyə təqdim olunacaq sənədlərdə qeydiyyatdan keçmiş marka, məhsul dizaynı və qablaşdırma üçün patentiniz yoxdursa, məhkəməni uduzmaq riski çox yüksəkdir.

Ona görə əvvəlcə markanı, həmçinin loqotipi, sloqanı, rəngi, rəng birləşməsini, sonra müəyyən bir məhsulu, onun formasını, hətta qoxularını və ya səslərini qeyd etmək lazımdır.

Brendi ticarət markası kimi qeyd etməzdən əvvəl adın unikallığını yoxlamaq lazımdır. Adın mal və xidmətlər sinfində yeganə olması vacibdir. Adı ümumi istifadə edilən söz deyil, orijinal olmalıdır. 

Həm də loqotipi fırıldaqçılardan və rəqiblərdən, eləcə də sadəcə təsadüflərdən qorumaq üçün ticarət markası kimi qeydiyyata almaq lazımdır. 

Davamını gözləyin…