Nizamnamə kapitalı müəssisə təsis edilərkən təyin olunur. Qıcasa, nizamnamə fondu gələcəkdə yarana biləcək zərərləri bağlamaq və ya fəaliyyət xərclərini ödəmək, həmçinin dövriyyə kapitalı olaraq istifadə olunur.

Əvvəlki statuslarda göstərdiyimiz kimi biznes qurarkən biznes-plan hazırlamaq lazımdır. Həmin plana əsasən müəssisənin illik büdcəsi təyin edilir. Ona əməliyyat xərcləri, reklam büdcəsi, işçilərin əməkhaqqı fondu, icarə və kommunal xərclər daxil edilir. Büdcə təyin ediləndən sonra həmin məbləğ (ən azı yarısı) müəssisənin hesabına nizamnamə fondu kimi mədaxil edilməlidir. Bu müəssisənin 1 il müddətində problemsiz işləməsinə imkan yaradacaq. 

Müəssisənin fəaliyyəti düzgün qurularsa, 1 il sonra mənfəət əldə etməyə imkan yaranacaq. 2-ci il üçün isə bu büdcə, əldə edilmiş mənfəətə hesabıba xərcləri bağlamaq olar. Əlavə vəsaitə ehtiyac yaranarsa, təsisçilər tərəfindən paylarına uyğun olaraq yenə nizamnamə fonduna yatırılmalıdır.