Bu gün saat 12:00-da, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2.783 nəfər hərbi qulluqçusu həlak olub. Şəhidlər hər zaman Azərbaycan xalıqının xatirəsində və ürəyində yer almışdır. Onlar ölkəmizin bütovlüyü uğrunda canlarını fəda etmişlər. Bu insanın həyatda edəcəyi ən yüksək davranışdır. Şəhidlərimizin səyi nəticəsində 30 il əsarətdə olan torpaqlarımız azadlığa qovuşdu Azərbaycanın ərazi bütovlüyü bərpa edildi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!