Biznes konsepsiya – rəqiblər üzərində üstünlüyü göstərən əsas biznes ideyanın konseptual təsviri, biznesin formatıdır. Biznesin konsepsiyası şirkətin strategiyasının tərkib hissəsidir, yəni müəssisənin strategiyasının və onun ətrafında yaranan başlıca ideyadır. Biznes konsepsiya məhsul, marketinqə yeni yanaşma yaxud yeni məhsulun çatdırılmasını özündə birləşdirir.
Biznes konsepsiya ideya və biznes plan arasında olan körpüdür. Əgər sizin biznes konsepsiyanız yoxdursa, biznes plan hazırlanması əsassızdır.