Facebook, Instagram və artıq Tik-Tok platformalarında səhifəyə malik olmaq biznesin tanınması üçün labüd addımlardandır. Amma marketoloqlar çox zaman daha vacib olan platformanı – Google Maps-i yaddan çıxarırlar.
Google Maps – kartoqrafik platformadır və rəqiblərini yüz milyonlarla istifadəçi fərqi ilə üstələyir. Biznes üçün Maps-də öz səhifəsinin olması, yeni müştərilərin cəlb edilməsi üçün effektiv alət ola bilər. Düzgün strategiya nəticəsində Xəritə rəqəmsal marketinqdə əhəmiyyətli rol oynaya bilər.
Zİyarətçilər və müştərilər Xəritədə öz təəsüratlarını və qiymətləndrilməni nə qədər çox qeyd etsə, o qədər müştəri marağı çox olacaq. Müəssisə isə səhifəsində təqdim etdiyi xidmət və mallar, hətta onların qiymətlərini göstərə bilər.