Mühasibat xidmətlərinin autsorsinqi – müəssisənin mühasibat funksiyalarının üçüncü tərəf şirkətlərə verilməsidir.
Məqsəd – mühasibat proseslərini peşəkarlara ötürərək şirkətin sahəsindən kənar funksiyalardan resursların azad olunmasıdır.
Statistikaya görə, Avropada 86%, ABŞ-da şirkətlərin 92% mühasibat firmalarının xidmətlərindən istifadə edir. Həmin ölkələrdə bu xidmət populyar olsa da, bizim ölkədə sahibkarlar mühasibat şöbəsi qurmağa çalışırlar?!
Mühasibat autsorsinqinin faydaları
Mühasibat autsorsinqi daha çox mühasibat uçotunun cari xərclərini optimallaşdırmaq üçün edilir. Deloitte şirkətinin araşdırmalarına görə, respondentlərin 70% autsorsinqə keçidin əsas səbəbinin mühasibata olan xərclərin azaltmaq ehtiyacı olduğunu söyləyib.
Əvvəllər mühasibat uçotunun autsorsinqi yalnız standart mühasibat uçotuna qənaət baxımından nəzərdən keçirilirdisə, hal-hazırda rəqabət üstünlüklərinə – maliyyə risklərini azaltmaq üçün müraciət edilir. Kənar mühasibat uçotu sahibkarlara və menecmentə öz bizneslərində cəmləşməyə imkan yaradır.
Mühasibat autsorsinqinin əsas üstünlükləri bunlardır:
Əməliyyat səmərəliliyi – mühasibat autsorsinqi yüksək ixtisaslı işçilərdən ibarət bir mexanizmdir. Mühasibat uçotunun bütün sahələrində yaxşı tənzimlənmiş daxili nəzarət səhvləri və riskləri aradan qaldırır.
Kadr problemlərinin olmaması – autsorsinqə keçid işi ştat baş mühasibin asılılığından azad edir. Autsorsinq zamanı baş mühasibin xəstələndiyi, mühasibin dekret və ya planlı məzuniyyətə getdiyi hallar olmur.
Mühasibat və hesabat keyfiyyəti autsorsinqin əsas üstünlüyüdür.
Maliyyə zəmanətləri – mühasibat şirkətlər əsasən peşə məsuliyyətlərini sığortalayırlar. Sığorta, autsorserin səhvinə görə müştərinin pulunu itirməsi halında lazım olur (əlavə xərclər, cərimələr, faizlər və s.şəklində). Bu, mühasibat autsorsinqinin tam ştatlı mühasibə nisbətən əsas üstünlüklərindən biridir.
Mühasibat autsorsinq şirkətinin müştərisi hansı xidmət və hansı həcmdə sifariş verdiyini, bunun neçəyə başa gəldiyini, müqabilində nə alacağını bilir və yaxşı anlayır.