İlin ilk günündə keçən ili yekunlaşdırmaq və maliyyə analizi etmək qəbul olunub. Vergi hesabatları ilə yanaşı müəssisənin maliyyə, satış və personalın işinin effektliyinin təhlilini etmək məqsədəuyğundur. Hesabatlarda şirkətin üstünlükləri, səhvləri və imkanları barədə məlumatı görmək mümkündür.
Kollektivi toplayıb, onların təklif, şikayət və yeni idealarını dinləmək, müəssisənin fəaliyyət effektliyini artıra bilər. Rəhbərlər geniş məlumata yiyələsələr də, personal müştəri və partnyorlarla daha sıx əlaqədə olur. Bütün məlumatı bir araya toplayaraq rəhbər üçün doğru strategiyanı təyin etmək daha asan və effektiv ola bilər.